Modern.az

Rusiya Belarusa, NATO isə Polşaya... - Nüvə yarışı

Rusiya Belarusa, NATO isə Polşaya... - Nüvə yarışı

2 Aprel 2023, 18:25

Polşa Rusiyanın taktiki döyüş başlıqlarının Belarusda yerləşdirilməsinə cavab olaraq NATO-nun nüvə silahlarını ölkə ərazisində yerləşdirməyə hazırdır.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa danışıb.

 

"Polşa potensial olaraq NATO-nun nüvə silahının qarşısının alınması planlarında aktiv iştiraka, əməkdaşlığı genişləndirməyə və məsuliyyəti öz üzərinə götürməyə hazır olacaq", - Severa deyib.

 

O qeyd edib ki, bu, nüvə silahından istifadə etmək qabiliyyətinə malik strateji bombardmançı təyyarələrin istifadəsini də əhatə edə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI