Modern.az

"Qalatasaray" 4 oyunçusunu itirir

"Qalatasaray" 4 oyunçusunu itirir

İdman

13 Noyabr 2025, 16:46

Qarşıdan gələn Afrika Kuboku öncəsi "Qalatasaray" ciddi narahatlıq yaşayır. Dekabrın 21-də başlayacaq turnirlə komanda eyni müddət ərzində dörd oyunçusunu itirəcək.

Modern.az xəbər verir ki, Nigeriyadan Viktor Osimhen, Fil Dişi Sahilindən Vilfrid Singo, Qabondan Mario Lemina və Seneqaldan İsmayıl Yakobs turnirdə öz milli komandalarını təmsil edəcəklər.

Bu oyunçular, komandalarının turnirdəki çıxışına bağlı olaraq, 21 dekabrdan 2026-cı ilin 18 yanvarına qədər “Qalatasaray” forması geyinə bilməyəcəklər. Həmin müddət ərzində “Qalatasaray” 2 Super Liqa və 1 və ya 2 Super Kubok oyununa çıxacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır