Almaniyada "Qırmızı Xaç" şöbəsinin müflis olması səbəbindən təxminən 400 min avro ianə Ukraynaya çatdırılmaya bilər.
Modern.az Almaniya mətbuatına istinadən xəbər verir ki, "Qırmızı Xaç" təxminən 370 000 avro toplayıb.
Lakin ötən il xeyriyyə təşkilatının ukraynalılar üçün vəsait toplayan Aşağı Saksoniya torpağının Qoslar şəhərindəki regional bölməsi elektrik enerjisi ilə bağlı kommunal ödənişi edə bilməyib və müflis elan olunub.
Buna görə də "Qırmızı Xaç" filialının hesablarındakı pullar, o cümlədən Ukrayna üçün ianələr dondurulub.