Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk ilə görüşmək istəmədiyini bildirib.
Modern.az-ın məlumatına görə, Ərdoğan səfirin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə görüşünü şərh edərkən bildirib ki, bundan sonra prezidentin qapıları ABŞ səfiri üçün bağlıdır.
"Baydenin səfiri nə edir? Cənab Kamalı ziyarət edir. Ayıbdır, başını işlət. Siz səfirsiniz. Buradakı həmsöhbətiniz Prezidentdir. Qapılarımız onun üçün bağlıdır. Niyə? Qoy yerini bilsin", - deyə Ərdoğan xəbərdarlıq edib.