Modern.az

İranda hicabsız qadınlara təhsil QADAĞASI

İranda hicabsız qadınlara təhsil QADAĞASI

3 Aprel 2023, 19:05

İran universitetləri hicab qaydalarına əməl etməyən qadınlara təhsil verməkdən imtina edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ISNA agentliyi İranın Təhsil və Təlim Nazirliyinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, nazirliyin tabeliyində olan bütün ali təhsil müəssisələri islami geyim qaydalarına əməl etməyən tələbə qızlara təhsil xidmətləri göstərməkdən və sosial təminatların verilməsindən imtina edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...