Modern.az

Türkiyə prezidentliyinə namizədlərin uşaqlığı - FOTO

Türkiyə prezidentliyinə namizədlərin uşaqlığı - FOTO

Dünya

10 Aprel 2023, 12:05

Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin uşaqlıq şəkillərinin əks olunduğu şərti seçki bülleteninin fotosu yayılıb.

 

Modern.az xəbər verir ki, fotonu "ATA İttifaqı"ndan prezidentliyə namizəd Sinan Oğanın tviterdəki təbliğat səhifələrindən biri olan "O An Geliyor" paylaşıb.

 

Fotonun başlığına "Siz olsanız, hansına səs verərsiniz?" ifadəsi yazılıb.

 

                                                     

Namizədlərin keçdiyi həyat yolu ilə bağlı daha ətraflı buradan oxuya bilərsiniz.

 

Qeyd edək ki, Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

Bu xəbər ilə bağlı
Türkiyə prezidentliyinə namizədlərin həyat yolu: Oğandan Ərdoğana...
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI