Modern.az

Nazir müavini saxlanıldı - 2 aylıq həbs verildi

Nazir müavini saxlanıldı - 2 aylıq həbs verildi

12 Aprel 2023, 16:14

Qazaxıstan Respublikasının milli iqtisadiyyat nazirinin müavini İlyas Userov 2 ay müddətinə həbs edilib.

 

Modern.az "Kazinform" agentliyinə istinadən xəbər verir ki, bu barədə Almata Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

 

“Aprelin 10-da Almatı İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsinə Qazaxıstan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin İdarələrarası Birgə İstintaq Qrupunun rəhbərinin şübhəli şəxs qismində saxlanılmış İlyas Userov barəsində ev dustaqlığı növündə həbs-qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatəti daxil olub. Vəsatət təmin edilib, şübhəli şəxs barəsində 2 ay müddətinə, yəni 2023-cü il iyunun 10-dək həbs-qətimkan tədbiri seçilib”, - deyə məlumatda qeyd olunub.

 

Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Agentliyi milli iqtisadiyyat nazirinin müavini İlyas Userovun saxlanılmasını təsdiqləyib. Onun böyükmiqyaslı dələduzluqda şübhəli bilindiyi deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI