Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində vətəndaşların səs verəcəyi seçki bülletenləri çapa göndərilib.
Modern.az xəbər verir ki, bu barədə İYİ Partiyanın Ali Seçki Komissiyasındakı nümayəndəsi Mustafa Tolqa Öztürk tviter səhifəsində paylaşım edib.
"Ali Seçki Komissiyası heyəti tərəfindən prezident seçkiləri üçün seçki bülletenləri təsdiqlənib. Vətənə, millətə, türk demokratiyasına xeyirli olsun", - deyə o qeyd edib.
Xatırladaq ki, Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.