Modern.az

Ruslar yaşayış binasını vurdu - Ölən və yaralılar var 

Ruslar yaşayış binasını vurdu - Ölən və yaralılar var 

Dünya

14 Aprel 2023, 21:35

Rusiya Silahlı Qüvvələri Ukraynanın Slovyansk bölgəsini raket atəşinə tutub.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, raketlərdən biri yaşayış binasına düşüb.

 

Zərbə nəticəsində 5 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir. Dağıntılar altında biri uşaq olmaqla, 7 nəfərin qaldığı deyilir.

 

İlkin məlumatlara görə, atəş S-300 raket sistemindən açılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi