Modern.az

Ərəb Liqası Suriya ilə bağlı razılığa gələ bilmədi 

Ərəb Liqası Suriya ilə bağlı razılığa gələ bilmədi 

Dünya

15 Aprel 2023, 09:54

Körfəz ölkələri, Misir, İordaniya və İraqın xarici işlər nazirləri Səudiyyə Ərəbistanının Ciddə şəhərində Suriya ilə bağlı məsləhətləşmələr aparıblar. 

 

Modern.az xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.

 

Nazirlər Suriyadakı humanitar böhranın həllinin və humanitar yardımın bütün bölgələrə çatdırılması üçün şərait yaradılmasının vacibliyini bir daha təsdiqləyiblər.

 

XİN başçıları qaçqınların öz yaşayış yerlərinə qaytarılması və ölkədə vəziyyətin sabitləşməsi üçün tədbirlərin görülməsinin vacibliyini bəyan ediblər. Ancaq yekun bəyanatda Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtmasından bəhs edilmir.

 

Qeyd edək ki, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Suriyanın Ərəb Liqasına qaytarılmasının mümkünlüyü ilə bağlı mövqeni razılaşdırmaq üçün Ciddədə iclas keçirib. Ərəb Liqasının sammiti mayın 19-da Ər-Riyadda keçiriləcək.

 

"Reuters" bildirir ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud Suriya prezidenti Bəşər Əsədi sammitə dəvət etməyi planlaşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi