Modern.az

Bu ştatda “TikTok” tam qadağan edildi

Bu ştatda “TikTok” tam qadağan edildi

Dünya

15 Aprel 2023, 21:30

ABŞ-ın Montana ştatında "TikTok" tətbiqinin tam qadağan edilməsinə qərar verilib. 

 

Modern.az xəbər verir ki, qanun layihəsi 54 səslə qəbul edilib, 43 nəfər əleyhinə çıxıb.

 

Montana qubernatoru Qreq Gianforte qanun layihəsini imzalasa, bu ştat ABŞ-da Çinə məxsus sosial media platformasını tamamilə qadağan edən ilk ştat olacaq.

 

Qeyd edək ki, bundan əvvəl bəzi ştatlarda sadəcə dövlət işçilərinə "TikTok" qadağan olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi