Modern.az

İrəvandakı ABŞ səfirliyindən BƏYANAT: Sülhə kömək etməyə hazırıq

İrəvandakı ABŞ səfirliyindən BƏYANAT: Sülhə kömək etməyə hazırıq

19 Aprel 2023, 15:39

ABŞ-ın Ermənistandakı səfirliyi dövlət katibi Antoni Blinkenin köməkçisinin müavini Erika Olsonun İrəvana səfərinin yekunlarına həsr olunan bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanat səfirliyin rəsmi feysbuk səhifəsində paylaşılıb.

 

"Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, parlament sədrinin müavini və normallaşma üzrə nümayəndə Ruben Rubinyanla dövlət katibinin köməkçisinin müavini Olsonun görüşlərində ABŞ-Ermənistan ikitərəfli əlaqələrinin möhkəmliyi vurğulanıb. O, həmçinin Ermənistan və Azərbaycana gərginliyin azaldılmasına və uzunmüddətli, hərtərəfli sülhün tapılmasına ABŞ-ın kömək etməyə hazır olduğunu vurğulayıb", - deyə bəyanatda qeyd olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?