Ukrayna üçün nəzərdə tutulan daha 6 ədəd "Leopard 2" tankı artıq İspaniyadadır.
Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Bildirilib ki, bu tanklar İspaniyanın verdiyi digər zirehli maşınlarla birlikdə ayın sonuna qədər Ukrayna cəbhəsinə göndərilməyə hazır olacaq.
Qeyd edək ki, Almaniya istehsalı olan tankların Ukraynaya tədarükü üçün rəsmi Berlin çətinliklə icazə verib.