Modern.az

Kiyevə İran dronları ilə növbəti HÜCUM

Kiyevə İran dronları ilə növbəti HÜCUM

Dünya

21 Aprel 2023, 09:06

Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronlarının hücumuna məruz qalıb.

 

Modern.az xəbər verir ki, Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, paytaxta gecə hücumu zamanı Müdafiə Qüvvələri 8 PUA-nı aşkar edərək vurub.

 

Rusiya silahlı qüvvələri İranın “Şahed” kamikadze dronlarının yeni partiyasından istifadə edib.

 

Hücum zamanı tələfat və dağıntı olmayıb.

 

Xatırladaq ki, aprelin 21-nə keçən gecə Ukrayna ərazisində genişmiqyaslı hava həyəcanı elan edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi