Rusiya məhkəməsi Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanova qiyabi həbs verib.
Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Moskvanın Lefortovo məhkəməsi onu qiyabi həbs edib və beynəlxalq axtarışa verib. Budanov terrorçuluqda, terrorçu birlik yaratmaqda, silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.
Agentlik bildirir ki, ittihamlar “Kerç körpüsündə” terror aktı ilə bağlı irəli sürülüb. Budanov həbsinə reaksiya verən zaman bildirib ki, qərardan məmnundur.
"Bilirsiniz, nə qədər müddətdir işləyirəm və orada mənim üçün heç bir qərarın olmaması nədənsə narahat idi. Mən məmnunam. Bu, işimizin yaxşı göstəricisidir, daha da yaxşı işləməyi öhdəmə götürürəm", - o deyib.