Modern.az

Minsk qrupu böhran içindədir - PAŞİNYAN

Minsk qrupu böhran içindədir - PAŞİNYAN

Dünya

21 Aprel 2023, 20:26

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı ATƏT-in Minsk qrupunu tənqid edib.

 

Modern.az xəbər verir ki, Baş nazir təşkilatın böhran içində olduğunu bildirib.

 

O qeyd edib ki, Minsk Qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa bir-biri ilə ünsiyyət qurmur.

 

"Həmsədrlər bir-biri ilə danışmırlar, "mən onunla eyni masada oturmayacağam" deyirlər", - Paşinyan çıxışında vurğulayıb.

 

Xatırladaq ki, ötən il Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minsk qrupunun fəaliyyətini dayandırdığını bildirib: "Qrup Fransa və amerikalı üzvlərin təşəbbüsü ilə fəaliyyətini dayandırıb".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi