Modern.az

İtaliya sahillərində zəlzələ təşviş yaratdı

İtaliya sahillərində zəlzələ təşviş yaratdı

Dünya

21 Aprel 2023, 21:23

İtaliyanın Siciliya adasının şərqində zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

 

Zəlzələnin 4.4 bal gücündə olduğu bildirilir. Bəzi bölgələrdə sakinlər yeraltı təkanları hiss ediblər.

 

“La Repubblica” qəzetinin məlumatına görə, sakinlər ilk yeraltı təkanlardan sonra evlərini tərk ediblər. Böyük şəhərdə bir neçə ticarət mərkəzi ehtiyat tədbiri olaraq boşaldılıb.

 

Dəymiş ziyan barədə məlumat yoxdur.

Sizə yeni x var
Keçid et
Dünən bıçaqlanma, bugün güllələnmə - Ölkədə nə baş verir?