Modern.az

Tavuşun hərbi komissarını döyüb onurğasını sındırdılar

Tavuşun hərbi komissarını döyüb onurğasını sındırdılar

26 Aprel 2023, 16:02

Ermənistanın Tavuş vilayətinin hərbi komissarı Lernik Ohanyan döyülərək, ağır xəsarətlər alıb.

 

Modern.az "Aravot"a istinadən xəbər verir ki, onun onurğa sümüyü sınıb.

 

Qəzet yazıb ki, bu yaxınlarda Ohanyanla iki yerli sakin arasında insident olub. Hadisə Berddəki yanacaqdoldurma məntəqələrindən birinin ərazisində baş verib.

 

Faktla bağlı cinayət işi başlanıb. Xəsarət alan hərbi komissar əməliyyat olunub. O, hazırda xəstəxanadadır.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB