Türkiyədə müxalifətin "Millət İttifaqı"na daxil olan Gələcək Partiyasının sədri, sabiq baş nazir və XİN başçısı Əhməd Davutoğlunun bibisi seçki ilə bağlı maraqlı açıqlama verib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyasətçinin bibisi ittifaqın namizədi, CHP sədri Kemal Kılıçdaroğluna səs verəcəyini bildirib.
"Əhməd haradadırsa, kimin yanındadırsa, mən də oradayam. O, kimə desə, ona səs verəcəyəm. Oldumu?", - deyə qadın söyləyib.
Qeyd edək ki, bundan əvvəl Davutoğlu açıqlamasında mühafizəkar kəsimin CHP sədrinə səs verməkdə çətinlik çəkə biləcəyini və bunun üçün özü kimi ittifaqda təmsil olunan mühafizəkar siyasətçilərin elektoratı Kılıçdaroğluya səs verməyin ölkə üçün önəminə inandırmağın vacibliyini vurğulamışdı. O, yaşlı bibisini də Kılıçdaroğluna səs verməyə razı salmağa çalışdığını, lakin onun tərəddüd keçirdiyini ifadə etmişdi.
Türkiyənin bəzi mətbuat orqanlarında isə Davutoğlunun bibisinin Rəcəb Tayyib Ərdoğana səs verəcəyini deməsi barədə məlumatlar yayılmışdı.
Əhməd Davudoğlunun bibisindən açıqlama#Secim2023 pic.twitter.com/bQnpwFTA3j
— MODERN.AZ (@modernaz_) April 28, 2023