Modern.az

Rusiyanın son hücumu nəticəsində 6 uşaq həlak olub 

Rusiyanın son hücumu nəticəsində 6 uşaq həlak olub 

29 Aprel 2023, 19:31

Aprelin 28-də Rusiyanın Ukraynanın Uman şəhərində yaşayış binasına raket hücumu nəticəsində 6 uşaq həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, ümumilikdə raket zərbəsi nəticəsində 23 nəfər həlak olub, onlarıdan biri xəstəxanada vəfat edib, digərlərinin cəsədləri dağıntılar altından çıxarılıb.

 

Həlak olan uşaqlardan üçü qız, üçü oğlandır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi