Modern.az

Çinin vasitəçiliyi mümkündür - Ukrayna XİN

Çinin vasitəçiliyi mümkündür - Ukrayna XİN

30 Aprel 2023, 11:45

Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnik Çinin Rusiya ilə Ukrayna arasında münaqişədə vasitəçilik rolunu mümkün sayır.

 

Modern.az xəbər verir ki, nazir müavini bu barədə "Funke" media qrupuna danışıb.

 

"Bu, o qədər də qeyri-real deyil. Əlbəttə, çinlilər öz maraqlarını güdürlər. Amma inanıram ki, ədalətli sülh yolu ilə həll və hərbi əməliyyatların dayandırılması Pekinin maraqlarına bütün dünya nizamı üçün bu genişmiqyaslı, heç vaxt bitməyən zəlzələdən daha çox uyğundur”, - Melnik bildirib.

 

Ukrayna prezidenti Volodimir Zelenski ilə Çin lideri Si Tsinpin arasında bu yaxınlarda baş tutan telefon danışığına gəlincə, diplomat deyib: “Bu, təcavüzə son qoymaq üçün Çin və Rusiya ilə münasibətlərimizi gücləndirmək üçün irəliyə doğru böyük addım idi”.

 

Melnik etiraf edib ki, Çinin mövqeyi Ukraynanın mövqeyindən fərqli ola bilər: “Kiyev üçün bütün rus qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması əvəzolunmaz şərtdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi