Modern.az

Özbəkistan-Qırğızıstan sərhədində ZƏLZƏLƏ

Özbəkistan-Qırğızıstan sərhədində ZƏLZƏLƏ

Dünya

2 May 2023, 11:38

Qırğızıstan-Özbəkistan sərhədində zəlzələ baş verib.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Predikativ Monitorinq Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, mayın 2-də yerli vaxtla saat 09:46-da Qırğızıstan ərazisində 4.3 bal gücündə zəlzələ qeydə alınıb. Dərinliyi 10 kilometr olan zəlzələnin episentrindən paytaxt Daşkəndə qədər olan məsafə şimal-şərq istiqamətində 205 kilometrdir.

 

Özbəkistan ərazisində yeraltı təkan Namanqan vilayətinin Yenikurqan rayonu və Kəsənsay rayonunda hiss olunub.

 

Dağıntı və itki barədə məlumat yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi