Modern.az

Ceyhun Bayramovla Mirzoyan Moskvada da görüşəcəklər

Ceyhun Bayramovla Mirzoyan Moskvada da görüşəcəklər

Dünya

2 May 2023, 12:48

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Rusiyada da görüşəcəklər.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı, Avropaya inteqrasiya məsələləri üzrə parlament komissiyasının rəhbəri Arman Yeqoyan bu gün keçirdiyi brifinqdə məlumat verib.

 

"Rusiyada da Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü olacaq. Bununla bağlı artıq ilkin razılıq əldə olunub", - deyə o bildirib.

 

"Ermənistan və Azərbaycan münasibətlərin normallaşdırılmasına dair saziş imzalamağı planlaşdırır", - Yeqoyan əlavə edib.

 

Deputat görüşün dəqiq tarixini açıqlamayıb.

 

Qeyd edək ki, ötən gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Görüş bir neçə gün davam edəcək.

 

Bundan əvvəl, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistan tərəflərinin Moskva görüşünə razılıq verdiyini açıqlamışdı. Lakin görüşün hansı səviyyədə təşkil olunacağı qeyd olunmamışdı.

Bu xəbər ilə bağlı
Erməni deputat Vaşinqton və Moskva görüşlərinin fərqini AÇIQLADI
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ