Serbiyanın paytaxtı Belqradın mərkəzində məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı 9-a çatıb.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, 7-ci sinif şagirdi əvvəlcə mühafizəçini, sonra isə dəhlizdə olan 8 şagirdi güllələyib.
***
12:16
Serbiyada orta məktəbə silahlı hücum edilib.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, insident zamanı 1 mühafizəçi həlak olub, 5 şagird isə yaralanıb.
Hazırda hadisənin detalları araşdırılır.