Modern.az

Xaricdəki Türkiyə vətəndaşlarının səsləri Ankaraya göndərildi

Xaricdəki Türkiyə vətəndaşlarının səsləri Ankaraya göndərildi

8 May 2023, 11:56

Polşa və İspaniyada səs verərək seçkilərdə iştirak edən Türkiyə vətəndaşlarının səsləri Ankaraya göndərilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, seçki bülletenlərini daşıyan təyyarələr artıq yola çıxıb.

 

Səslərin daşınması diplomatik kuryerlərə həvalə edilib. Hazırda digər ölkələrdə Türkiyə vətəndaşları arasında səsvermə prosesi davam edir. Bəzi ölkələrdə isə proses başa çatdırılıb.

 

Qeyd edək ki, 14 mayda Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri üçün ölkə xaricində səsvermə prosesi 27 aprel tarixindən start götürüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi