“Nemezis” abidəsinin sökülməsi istisna edilib".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu İrəvanın vitse-meri, hakim “Mülki müqavilə” partiyasından merliyə namizəd Tiqran Avinyan bildirib.
Onun sözlərinə görə, abidə "milli ləyaqət rəmzlərinə" həsr olunub və heç bir başqa millətə və ya ölkəyə qarşı yönəlməyib.
"Məsələni siyasiləşdirmək yersizdir", - Avinyan əlavə edib.
Qeyd edək ki, abidə aprelin 23-də paytaxtda ucaldılıb. Bundan sonra Türkiyə öz hava məkanını Ermənistan təyyarələri üçün bağlayıb. Daha sonra Türkiyənin xarici işlər naziri Çavuşoğlu açıq şəkildə abidənin sökülməsini tələb edib.
Türkiyə və Azərbaycan XİN abidənin ucaldılmasını pisləyib.
Abidənin həsr olunduğu "Nemezis" əməliyyatı barədə ətraflı buradan oxumaq olar.