Modern.az

İncenin namizədliyini geri götürməsi birjalara necə təsir etdi?

İncenin namizədliyini geri götürməsi birjalara necə təsir etdi?

Dünya

11 May 2023, 15:38

Türkiyədə CHP-dən qopmuş Məmləkət Partiyasının sədri Muharrem İncenin prezidentliyə namizədliyini geri götürməsindən sonra birjalarda sürətlə bahalaşma müşahidə olunmağa başlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İncenin açıqlamasından əvvəl 4630 səviyyəsində olan İstanbul birjasındakı BIST 100 indeksi 4750 səviyyəsinə qədər qalxıb.

 

Bununla da BIST 100 indeksinin gündəlik artımı 5.5 faiz, bank indeksindəki gündəlik artım isə 9 faiz olub.

 

Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.

Bu xəbər ilə bağlı
İncenin partiyası ikinci turda da tərəfsiz qaldı - YENİLƏNİB
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi