İncenin partiyası ikinci turda da tərəfsiz qaldı - YENİLƏNİB

İncenin partiyası ikinci turda da tərəfsiz qaldı - YENİLƏNİB

Dünya

26 May 2023, 10:46

Türkiyədə CHP-dən qopmuş Məmləkət Partiyası prezident seçkilərinin 28 mayda keçirilmiş ikinci turunda da heç bir namizədi dəstəkləməyib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə partiya rəhbərliyindən bildirilib.

 

Qeyd olunub ki, partiya sədri Muharrem İncenin ilk turda namizədliyini geri götürməsindən sonra elan etdiyi mövqeyini qoruyur və ikinci turda da tərəfsizlik nümayiş etdiriləcək.

 

***

11.05.2023 / 15:09

 

Türkiyədə CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İnce namizədlikdən çəkildiyini elan edib.

 

Modern.az xəbər verir ki, o, ictimaiyyətə müraciətində qərarını açıqlayıb.

 

İnce digər prezidentliyə namizədlərdən heç birinə dəstəyini ifadə etməyib. Belə ki, partiya sədri bu addımı müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə onu günahlandıra bilməməsi üçün atdığını deyib.

 

Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.

 

Onu da qeyd edək ki, seçki bülletenlərinin çapı yekunlaşdığı üçün İncenin adı seçki günü bülletenlərdə qalacaq. Həmçinin ölkə xaricində səsvermə 9 mayda başa çatdığına görə bu dövrdə ona verilən səslər boşa getmiş sayılır.

 

***

14:37

Bu xəbər ilə bağlı
Prezidentliyə namizədlərin xarici siyasət prioritetləri - ARAŞDIRMA
Xəbəri oxu

 

Türkiyədə CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İncenin vəkili Fidel Okan müvəkkilinin namizədlikdən çəkiləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, vəkil "Sputnik Türkiye"yə bu barədə danışıb.

 

"Namizədlikdən çəkilmək gündəmimizdə yoxdur. Dünən axşam partiya sədrinin müavini ilə uzun-uzadı telefon danışıqlarımız oldu, İnce ilə danışa bilmədim, çünki səhhəti o qədər də yaxşı deyildi. Lakin əminliklə deyə bilərəm ki, bizim geri çəkilmək kimi fikrimiz yoxdur. Bu iddiaların haradan gəldiyini bilmirəm. Partiyamızın sözçüsü yayılan məlumatları tamamilə təkzib edib", - deyə o söyləyib.

 

Qeyd edək ki, dünən İncenin yaxın günlərdə prezidentliyə namizədliyini geri götürəcəyi barədə məlumatlar yayılmışdı. Müxalifət tez-tez Muharrem İnceni səsləri böldüyü üçün tənqid edir və namizədliyini geri götürərək "Millət İttifaqı"nın vahid namizədi, əvvəllər üzvü olduğu CHP-nin sədri Kemal Kılıçdaroğlunu dəstəkləməyə çağırır.

 

Bu gün İncenin partiyasının qərargahında yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 15:00-da) ictimaiyyətə müraciəti gözlənilir. Onun haqqındakı iddialar və namizədliyini geri çəkmək məsələsi haqqında danışacağı bildirilir.

 

Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur