Xəbər verdiyimiz kimi, bu gün CHP-dən qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb.
Modern.az xəbər verir ki, İncenin namizədlikdən imtina etməsindən sonra türkiyəli məşhur jurnalist İsmail Saymaz maraqlı iddia ilə çıxış edib.
O, ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın namizədi Sinan Oğanın da namizədlikdən geri çəkilə biləcəyini açıqlayıb.
"Mənbələrdən mənə gələn bilgilərdə Sinan Oğanın da namizədliyini geri götürəcəyi barədə məlumatlar var", - o bildirib.
Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.