Xəbər verdiyimiz kimi, bu gün CHP-dən qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb.
Modern.az xəbər verir ki, tanınmış türkiyəli jurnalist "Habertürk" kanalında "Teke Tek" tok-şousunun aparıcısı Fatih Altaylı İnceyə mövzu ilə bağlı mərcləşdiklərini xatırladıb.
Belə ki, İnce Altaylının verilişində qonaq olarkən, namizədliyin geri çəkiləcəyi barədə mərcə giriblər. Siyasətçi heç bir halda namizədliyini geri götürməyəcəyini, jurnalist isə bunun baş verəcəyini deyib. Uduzan udan tərəfə kostyum almalı imiş.
"Muharrem bəy, mərcə girdiyimiz kostyumu almaya bilərsiniz. Halal xoşunuz olsun. Hətta istəsəniz, mən ala bilərəm", - deyə o F.Altaylı yazıb.
Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.
Muharrem Bey iddiaya girdiğimiz takım elbiseyi almayabilirsiniz. Helali hoş olsun. Hatta isterseniz ben alabilirim. ?
— Fatih Altayli ??? (@fatihaltayli) May 11, 2023