Modern.az

Kılıçdaroğlu İnceyə səsləndi: Süfrəyə gözləyirik

Kılıçdaroğlu İnceyə səsləndi: Süfrəyə gözləyirik

Dünya

11 May 2023, 16:59

Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə namizədi, CHP sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri, bu gün prezidentliyə namizədliyini geri götürən Muharrem İnceyə müraciət edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kılıçdaroğlu İnceyə görüşdükləri zaman etdiyi çağırışın qüvvədə olduğunu xatırladıb.

 

"Mənim çağırışım hələ də qüvvədədir. Köhnə küskünlükləri bir kənara qoyaq artıq. Cənab İnceni Türkiyənin süfrəsinə gözləyirik. Buyursun lütfən, gəlsin", - o deyib.

 

Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.

 

Bundan əvvəl İnce və Kılıçdaroğlu arasında Məmləkət Partiyasının qərargahında görüş olmuşdu. İnce görüşdən sonra namizədlikdən çəkilmək məsələsinin müzakirə olunmadığını bildirmişdi. Lakin kulis məlumatlarına görə, CHP-dən bir neçə dəfə vasitəçilərlə İncedən bu xahiş edilmişdi.

 

Xatırladaq ki, Muharrem İnce 2018-ci ildəki prezident seçkilərində CHP-nin namizədi olaraq, 2-ci yeri tutub. O, 2021-ci ilin mayında Məmləkət Partiyasını təsis edib.

Bu xəbər ilə bağlı
İncenin partiyası ikinci turda da tərəfsiz qaldı - YENİLƏNİB
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi