Modern.az

Mən də sülh istəyirəm, amma necə? - Borel Ukraynadan DANIŞDI

Mən də sülh istəyirəm, amma necə? - Borel Ukraynadan DANIŞDI

12 May 2023, 12:54

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Ukrayna ilə bağlı sülh perspektivlərini dəyərləndirib.

 

Modern.az xəbər verir ki, Borel bu barədə tviter səhifəsində paylaşım edib.

 

"Mən də tezliklə sülh olmasını istəyirəm. Hamıdan çox isə ukraynalılar sülh istəyir. Amma necə bir sülh? Azadlıqları əlindən alınmış vəziyyətdə buraxılmış, işğal olunmuş bir ölkə ilə? Elə buna görə də Ukraynanı dəstəkləməyə davam etməliyik", - deyə o bildirib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi