Türkiyə ordusu Suriyanın şimalında terrorçulara qarşı əməliyyat keçirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, "Barış pınarı" bölgəsində aşkarlanan 5 PKK terrorçusu zərərsizləşdirilib.
"Terrorçu haradadırsa, hədəfimiz orasıdır", - Nazirlik qeyd edib.