Kreml “Vaqner” özəl hərbi təşkilatının yaradıcısı Yevgeni Priqojini vətən xaini elan etməyə hazırlaşır, lakin bu, çox güman ki, tezliklə baş verməyəcək.
Modern.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri məlumat yayıb.
Kremldəki mənbələr nəşrə bildiriblər ki, Rusiya Prezident Administrasiyası Priqojini ictimaiyyət arasında gözdən salmaq üçün informasiya əməliyyatı hazırlayır. Qeyd edilib ki, Vaqnerin qüvvələri cəbhə xəttində olduğu müddətdə Kremlin onu təhdid etmək ehtimalı azdır.
Diqqətə çatdırılıb ki, Priqojin Donbassda "Vaqner"in əməliyyatlarına rəhbərlik edir və onun "Vətən xaini" elan edilməsi rusların Baxmutdakı mövqelərini pozacaq. Ona görə də Rusiya prezidenti Vladimir Putin hələ Priqojini cəzalandırmağa tələsmir.