Modern.az

Paşinyan: Kommunikasiyaların açılmasına hazırıq - Mirzoyan artıq Moskvadadır

Paşinyan: Kommunikasiyaların açılmasına hazırıq - Mirzoyan artıq Moskvadadır

18 May 2023, 15:22

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi tərəflərin suverenliyi və legitimliyi prinsiplərinə əsaslanaraq regionda mümkün qədər tez kommunikasiyaların açılmasına hazırdır.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan hökumətin iclasında bildirib.

 

"Vurğulamalıyam ki, Brüsseldə dəmir yolunun blokunun açılması ilə bağlı müsbət fikir var. Amma keçmiş təcrübəni nəzərə alaraq hələlik detalı dəqiqləşdirməyəcəyəm. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan artıq Moskvaya gedib və orada sabah azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək", - baş nazir deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünən bıçaqlanma, bugün güllələnmə - Ölkədə nə baş verir?