Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyada keçiriləcək G7 sammitinə gedəcək.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak məlumat verib.
O, ABŞ prezidenti Co Baydenlə görüş keçirməyi planlaşdırır.
***
12:40
Ukrayna prezidenti Volodimir Zelenski G7 liderlərinin Yaponiyadakı görüşündə onlayn iştirak edəcək.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl mətbuat onun G7 sammitində şəxsən iştirak üçün Yaponiyaya səfər edəcəyini yazmışdı.
Zelenskinin Səudiyyə Ərəbistanına da səfəri nəzərdə tutulub.