Modern.az

Rusiyanı 10-larla kiçik hissələrə bölmək istəyirlər - Putin iddia edir

Rusiyanı 10-larla kiçik hissələrə bölmək istəyirlər - Putin iddia edir

Dünya

19 May 2023, 15:48

"Qərbin demək olar ki, bütün arsenalı Rusiyaya qarşı yönəlib, dəyərlərimizə hücumlar dayanmır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

"Rusiya Federasiyasının əleyhdarları milli icmalar daxilində təxribatlar təşkil edir və Rusiyanın dekolonizasiyasının zəruriliyini bəyan edirlər. Onlar ölkəni onlarla kiçik hissələrə bölmək zərurətindən danışırlar. Rusiya Federasiyasının əleyhdarları ölkədə yaşayan xalqları parçalamaq üçün hər şeyi edirlər", - deyə o bildirib.

 

"Rusiyanın çoxmillətliliyi onun qələbəsidir", - Putin əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi