Modern.az

Qadınları “sahibləndirən” HÜDAPAR Akşenerdən şikayət etdi - “Danqalak”...

Qadınları “sahibləndirən” HÜDAPAR Akşenerdən şikayət etdi - “Danqalak”...

Dünya

23 May 2023, 13:18

Türkiyədə parlament seçkilərinə hakim Ədalət və İnkişaf Partiyasının proporsional siyahısından qatılan və prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən HÜDAPAR "Millət İttifaqı"na daxil olan İYİ Partiyanın sədri Meral Akşenerdən rəsmi orqanlara şikayət edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə partiyanın sosial şəbəkə hesabında məlumat verilib.

 

HÜDAPAR qərarını "partiyamıza yönələn çirkin, əxlaq hüdudlarını aşan, siyasi yetkinliyə yaraşmayan həqarətlərinə görə" iddiası ilə əsaslandırıb.

 

Bir neçə gün əvvəl Akşener televiziya proqramlarından birində HÜDAPAR-ı qadın hüquqları məsələsindəki yanaşmasına görə sərt tənqid edib. O, partiyanın proqramında "Qadınların sahibləndirilməsi" başlığı altında olan müddəalara diqqət çəkib.

 

"Sahibləndirilən qadın nə deməkdir? İndi söyəcəyəm, yaxşı, "danqalak" deyim. Onda gəl səni də sahibləndirək? Elə bir adamsan deməli? Belə şey olar?", - deyə Akşener bildirib.

 

Qeyd edək ki, islamçı-kürdyönümlü partiya olan HÜDAPAR tez-tez qeyri-adekvat yanaşmalarına görə tənqid olunur.

Bu xəbər ilə bağlı
Türkiyədə seçkilərə təsir edən faktorlar - Seçici psixologiyası
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi