Modern.az

Həbsdə olan fəala deputat mandatı verildi - FOTO

Həbsdə olan fəala deputat mandatı verildi - FOTO

Dünya

25 May 2023, 17:28

Türkiyə Ali Seçki Komissiyası 14 mayda keçirilmiş parlament seçkilərində Türkiyə Fəhlə Partiyasının (TİP) proporsional siyahısı üzrə Hataydan deputat seçilən, hazırda həbsdə olan hüquqşünas və aktivist Can Atalayın mandatını verib.

 

Modern.az xəbər verir ki, bu barədə TİP-in feysbuk səhifəsində paylaşım edilib.

 

"Hatay millət vəkilimiz Can Atalayın mandatını aldıq. Məhkumluğunun sonlandırılması və azadlığa buraxılması üçün partiyanın Hatay vilayət təşkilatı Atalayın vəkilləri ilə birlikdə hüquqi proseduru başladır", - deyə bildirilib.

 

Qeyd edək ki, ictimai fəal Gəzi olaylarına görə ötən il həbs olunub, ona 18 il azadlıqdan məhrumetmə cəzası verilib. Ötən çağırışda TİP-in Hataydan seçilmiş deputatı Barış Atay Atalayın azadlığa çıxması məqsədilə bu seçkidə həmin bölgədən onun namizəd göstərilməsi üçün güzəştə gedib, özü partiyanın Hataydan daha zəif elektorata malik olduğu başqa dairədən namizəd olub və seçilməyib.

 

Bu xəbər ilə bağlı
Türkiyədə seçkilərə təsir edən faktorlar - Seçici psixologiyası
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi