Türkiyədə Ankara bələdiyyəsinin sədri, "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə vitse-prezident olacaq Mansur Yavaş ilk turda "ATA İttifaqı"nın namizədi olmuş, sonradan Kılıçdaroğlu və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanla ikinci turla bağlı danışıqlar aparan və nəticədə Ərdoğanı dəstəkləyəcəyini elan edən Sinan Oğanın dünən TRT-nin efirində səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.
Modern.az xəbər verir ki, Yavaş bu barədə tviter səhifəsində yazıb.
Belə ki, Oğan efirdə bunları demişdi: "Müzakirələr zamanı Kılıçdaroğludan heç bir tələbim olmadı. O, seçkiləri qazanacağına dair məni razı salacaq heç bir şey demədi".
Yavaş Oğana cavabında belə yazıb: "Xeyr, Sinan bəy. Cənab Kılıçdaroğludan vəzifə tələbiniz oldu. Həm də "elektoratımı razı salmaq üçün ictimaiyyətə elan olunmalıdır, əks təqdirdə onları sizə səs vermək üçün yola gətirə bilmərəm" demişdiniz. "Cümhur İttifaqı"ndan isə belə bir tələbiniz olduğunu eşitmədik. İndi mənə maraqlıdır ki, görəsən elektoratınızı necə razı salacaqsınız".
Hayır @DrSinanOgan bey,
— Mansur Yavaş 2023 ?? (@mansuryavas23) May 26, 2023
Sn. @kilicdarogluk'dan makam talebiniz oldu. Hem de "Tabanımı ikna etmek için kamuoyuna deklare edilmesi gerekir, aksi halde ikna edemem" dediniz.
Cumhur İttifakı'ndan talebiniz olduğunu duymadık. Şimdi tabanınızı nasıl ikna edeceksiniz merak ediyorum. //t.co/oRAFNwcNmA
Qeyd edək ki, "ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.
İttifaqın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib. Bu gün ittifaqın əsas qüvvəsi hesab olunan Zəfər Partiyasının sədri Ümit Özdağ isə Kemal Kılıçdaroğlunu dəstəklədiklərini açıqlayıb.
Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər.