Modern.az

Paşinyan dindiriləcək - Müharibəyə görə...

Paşinyan dindiriləcək - Müharibəyə görə...

26 May 2023, 16:18

Ermənistan baş naziri Nikol Paşinyan iyunda 44 günlük müharibəni araşdıran parlament komissiyasının suallarını cavablandıracaq.

 

Modern.az xəbər verir ki, bunu komissiyanın rəhbəri Andranik Koçaryan "News.am"a müsahibəsində bildirib.

 

"Baş nazir komissiyanın işində iştirak etmək istəyir və iyunda keçiriləcək iclasa qatılacaq", - Koçaryan söyləyib.

 

O, əmin edib ki, bu məlumatlar xalqa və siyasi qüvvələrə açıq olacaq: "Müharibədə məğlubiyyətin səbəblərini başa düşmək lazımdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi