Modern.az

Azərbaycanda ən çox səs Ərdoğana verilib

Azərbaycanda ən çox səs Ərdoğana verilib

Dünya

29 May 2023, 09:26

Türkiyədə prezident seçkilərinin ikinci turunda Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün keçirilmiş səsvermənin nəticələrinə əsasən, hazırkı prezident, "Cümhur İttifaqı"nın namizədi, AKP sədri Rəcəb Tayyib Ərdoğan qalib gəlib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Azərbaycan ərazisində ümumilikdə 15 seçki qutusu ilə səsvermə baş tutub.

 

Hazırda səslərin 80 faizi hesablanıb. 4983 səsdən 4934-ü etibarlı sayılıb. Seçici aktivliyi 57.75 faiz təşkil edib.

 

Nəticələrə əsasən, 2644 nəfər Ərdoğana (53.59 faiz), 2290 nəfər isə Kılıçdaroğluya (46.41 faiz) səs verib.

 

Bu xəbər ilə bağlı
“D'Hondt” seçki sistemi - Türkiyədə səslər necə hesablanır? - ARAŞDIRMA
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!