Modern.az

Dəyişməyən tək şey dəyişikliyin özüdür - İmamoğlu

Dəyişməyən tək şey dəyişikliyin özüdür - İmamoğlu

29 May 2023, 12:05

Türkiyədə İstanbul bələdiyyəsinin CHP-dən seçilən sədri, "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğlunun qalib gələcəyi təqdirdə vitse-prezident olması qərarlaşdırılmış Ekrem İmamoğlu seçkinin nəticələrini dəyərləndirib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ittifaqın tərəfdarlarını narahat olmamağa çağırıb.

 

"Heç kim narahat olmasın, hər şey yenidən başlayır. Unutmayın, dəyişməyən tək şey dəyişikliyin özüdür. Ümidsiz olmağa ehtiyac yoxdur. Bundan sonra eyni şeyləri edib eyni nəticələri gözləməyəcəyik", - o deyib.

 

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Ərdoğan 52,16, Kemal Kılıçdaroğlu isə 47,84 faiz səs qazanıb.

Bu xəbər ilə bağlı
“D'Hondt” seçki sistemi - Türkiyədə səslər necə hesablanır? - ARAŞDIRMA
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi