Modern.az

Demirtaş HDP-dən şikayətləndi: Namizəd olmaq istədim, imtina etdilər...

Demirtaş HDP-dən şikayətləndi: Namizəd olmaq istədim, imtina etdilər...

1 İyun 2023, 10:18

Türkiyədə müxalif Xalqların Demokratik Partiyasının (HDP) sabiq həmsədri, hazırda həbsdə olan siyasətçi Selahattin Demirtaş partiyasını tənqid edib.

 

Modern.az xəbər verir ki, o, "ArtıGerçek"ə müsahibəsində və yazdığı məqalədə HDP-nin ötən seçkilərlə müqayisədə sonuncu seçkilərdə səs itirməsinin səbəblərinə toxunub.

 

Onun sözlərinə görə, əsas problem şüarçılıq və kompetent kadr çatışmazlığıdır: "Dərslər çıxarılmalıdır və qurultaya gedilməlidir, yenilənməyə ehtiyac var. Şüarçılıqla bundan o tərəfə getmək olmaz".

 

Demirtaş həbsdən partiya rəhbərliyinə göndərdiyi məktublara adekvat reaksiya verilməməsindən şikayətlənib: "Elə şeylər var ki, ictimaiyyətə açıqlaya bilmirəm və çalışıram ki, partiyanın institusional mexanizmlərini işə salım, amma səsim əks-səda ilə özümə qayıdır. Mən həbsdəyəm, əlimdə sosial mediadan başqa resurs yoxdur. Lakin buna fokuslananda sanki sosial media fenomeni olmaq istəyirəm kimi bir ab-hava yaranır. Başqa imkanım yoxdur axı, nə edim? Bizim çevrədə bəzən elə düşünürlər ki, "bu özünü önə çıxarır". Amma məqsədim bu deyil. Partiyada boş-boş dedi-qodu edənlərə görə geri qalırıq".

 

Siyasətçi ilk turda prezidentliyə namizəd olmaq istədiyini, lakin partiyanın bundan imtina etdiyini də açıqlayıb: "Namizədlərlə bağlı müzakirələr başlamazdan əvvəl mən qərargaha prezidentliyə namizəd olmağa hazır olduğumu və seçkini ikinci tura saxlayıb o mərhələdə demokratik həmlələrlə daha çox töhfə verə biləcəyimizi çatdırdım. Həm də dedim ki, mənim namizəd olmağım partiyamızın səs faizini də artırar. Lakin bu, heç bir əsaslandırma olmadan rədd edildi. Səbəbini hələ də bilmirəm".

Bu xəbər ilə bağlı
Demirtaş siyasətdən getdiyini AÇIQLADI
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI