Modern.az

Rusiya və Ukraynanın danışıqlar masasına oturması çətindir - Çin

Rusiya və Ukraynanın danışıqlar masasına oturması çətindir - Çin

3 İyun 2023, 00:53

Çinin xüsusi nümayəndəsi Li Hui may ayında Ukrayna müharibəsinə həsr olunmuş 12 günlük Avropa turu barədə mətbuat konfransı keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti yazıb.

 

Linin sözlərinə görə, hazırda bütün tərəfləri danışıqlar masasına oturtmaq “olduqca çətindir”, lakin münaqişənin sülh yolu ilə həlli hələ də mümkündür.

 

“Düzünü desəm, mən hiss edirəm ki, hazırkı vəziyyətdə bütün tərəflərin səmərəli danışıqlar üçün masa arxasına oturması olduqca çətin ola bilər”, - o bildirib və əlavə edib ki, sülhə ümid işığı olduğu müddətdə bu istiqamətdə fəal işləmək lazımdır.

 

Li, həmçinin qeyd edib ki, bütün tərəflər Çinin münaqişənin həlli üzrə səylərini alqışlayır.

 

"Məndə belə bir təəssürat yarandı ki, heç bir tərəf sülh qapısını bağlamayıb”, - deyə xüsusi nümayəndə bildirib. Onun sözlərinə görə, Pekin gərginliyin azaldılmasına və danışıqların irəliləməsinə kömək edəcək hər şeyi etməyə hazırdır.

 

Aprelin 26-da Çin lideri Si Cinpin və Ukrayna prezidenti Volodimir Zelenski xüsusi nümayəndənin səfəri barədə razılığa gəliblər. Li Huinin turnesi mayın 16-da başlayıb. O, Ukrayna, Polşa, Fransa, Almaniya, Belçika və Rusiyada olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır