Modern.az

CAR-da atışma: 7 ölü

CAR-da atışma: 7 ölü

Dünya

4 İyun 2023, 09:18

Cənubi Afrika Respublikasının (CAR) Umlazi şəhərində baş verən atışma nəticəsində 7 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə CAR polisi məlumat yayıb.

 

Umlazi polisinin məlumatına görə, yaşları 20-40 arasında olan doqquz kişi hostelin bir otağında spirtli içki qəbul edərkən naməlum silahlı şəxslər onlara atəş açıb, daha sonra onlar gizləniblər. 7 zərərçəkən yerindəcə keçinib, 2 şəxs isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Polis atışmanın səbəbinin hələlik məlum olmadığını bildirib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI