Modern.az

Polşada yarım milyon insan etiraza qalxdı 

Polşada yarım milyon insan etiraza qalxdı 

4 İyun 2023, 22:34

Polşanın paytaxtı Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirilib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, yürüşə “Vətəndaş Platforması” müxalifət partiyası rəhbərlik edib.

 

Məlumata görə, yürüşdə 500 min insan iştirak edib. 38 milyonluq ölkənin Krakov və digər şəhərlərində böyük izdiham toplaşıb.

 

Aksiyada “Həmrəylik” hərəkatının lideri, keçmiş prezident Lex Valesa,  “Vətəndaş Platformasının” lideri, keçmiş baş nazir Donald Tusk da iştirak edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi