Paşinyan süni zəkadan DANIŞDI: Cəlbedicidir...

Paşinyan süni zəkadan DANIŞDI: Cəlbedicidir...

9 İyun 2023, 16:24

"Süni zəkanın gələcəyini son dərəcə cəlbedici hesab edirəm".

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Konqresindəki çıxışında deyib.

 

"Bununla belə, etik nəticələrin nəzərə alınmasının vacibliyini, süni zəkanın fayda və məsuliyyətlə inkişaf etdirilib istifadə edilməli olduğunu vurğulayıram", - o qeyd edib.

 

Paşinyanın sözlərinə görə, qlobal səviyyədə bərabər iqtisadi rəqabətin təmin edilməsinin əsas komponenti qabaqcıl rəqəmsal alətlərin və texnologiyaların effektiv inkişafıdır: "Süni zəka insan həyatının bir çox sahələrini dəyişdirə bilən və sürətlə inkişaf edən bir sahədir".

Bu xəbər ilə bağlı
SÜNİ ZƏKA: Siyasətdən məişətə qədər... - Həyatımıza necə təsir edir?
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranın dəhşətli sonu: Zəngəzur dəhlizi açılacaq