Modern.az

Qaribaşvili belçikalı həmkarı ilə regional məsələləri müzakirə etdi

Qaribaşvili belçikalı həmkarı ilə regional məsələləri müzakirə etdi

Dünya

14 İyun 2023, 12:54

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Belçikanın hökumət başçısı Aleksander De Kru ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Qaribaşvili bu barədə tviter səhifəsində yazıb.

 

Görüş Gürcüstan baş nazirinin Brüsselə səfəri çərçivəsində baş tutub.

 

O bildirib ki, regional və qlobal çağırışlar, ikitərəfli əlaqələr və Gürcüstana verilən dəstək müzakirə olunub.

 

Qaribaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verilən sarsılmaz dəstəyə görə minnətdarlığını bildirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı