Modern.az

Amerikalıların 46%-i Baydeni dürüst hesab etmir

Amerikalıların 46%-i Baydeni dürüst hesab etmir

Dünya

15 İyun 2023, 18:26

Amerika seçicilərinin cəmi 38 faizi ABŞ-ın hazırkı prezidenti Co Baydeni dürüst və etibarlı siyasətçi hesab edir.

 

Modern.az xəbər verir ki, bu, "Economist" və "YouGov"un birgə sorğusu nəticəsində məlum olub.

 

Bildirilir ki, respondentlərin 46 faizi Baydenin dürüst və etibarlı siyasətçi olduğunu düşünmür.

 

ABŞ-ın keçmiş lideri Donald Trampı respondentlərin cəmi 30 faizi dürüst hesab edir və onların yarıdan çoxu keçmiş prezidentə etibar etmir.

 

Respondentlərin 12 faizi Baydeni çox güclü lider kimi qiymətləndirib, 41 faizi isə onu çox zəif adlandırıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi